Qananın Yuxarı Şərq əyalətində qarayara epidemiyası baş verib.
HİT.az xəbər verir ki, bu səbəbdən bir ay müddətində bölgədə ət və digər heyvan məhsullarını yemək qadağan olunub.
Qərara əsasən, ölkənin şimalında heyvan mənşəli məhsulların daşınması, kəsilməsi, satışı və istehlakı həyata keçirilməyəcək.
Belə sərt qərara səbəbin isə artıq epidemiyası nəticəsində 1 nəfərin ölməsidir. Bununla yanaşı, 11 nəfərdə də xəstəlik aşkarlanıb. Həmçinin, 9 baş iribuynuzlu mal-qaranın, 24 baş isə qoyun-keçinin tələf olduğu bildirilir.
Qeyd edək ki, ölümcül xəstəliklərdən olan qarayara xəstəliyinə adətən qoyun, keçi və digər iribuynuzlu heyvanlarda rast gəlinir. Xəstəlik həmin heyvanlarla birbaşa təmasda olan və onların ətini, habelə məhsullarını yeyən insanlara da keçə bilir.
Pərviz