“DenizBank” Rusiyadan olan müştərilərindən 60 dollara qədər pul silib

DÜNYA
13:37 / 09.06.2023
491

Türkiyə bankı “DenizBank” Rusiyadan olan müştərilərindən 60 dollara qədər pul silib və onların xarici valyutadakı hesablarını bağlamağa başlayıb.

HİT.az xəbər verir ki, bank tətbiqində ödəniş bildirişi “Hesabın idarə edilməsi haqqı” kimi qeyd olunur.

Bankdan müştərilərə heç bir şəkildə kömək edə bilməyəcəklərini deyirlər və yuxarıdan sifariş aldıqları iddia edildiyi üçün filialla əlaqə saxlamağı məsləhət görürlər.

Gülnarə ƏMİRQIZI

0