Rusiyanın nüvə silahları bu tarixdə Belarusda yerləşdiriləcək - Putin açıqladı

DÜNYA
15:42 / 09.06.2023
491

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə qeyri-rəsmi şəraitdə danışıqlar aparırlar. 

Poliqon xəbər verir ki, görüş zamanı Putin Rusiya nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinə iyulun 7-8-də başlanacağını bildirib.

Həmin vaxtadək nüvə silahları üçün qurğuların hazırlanması başa çatacaq. 

Dövlət başçıları iki ölkə arasında təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Samir

0