Roma Papası ilə ünsiyyətdə olan Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov bildirib ki, katolik kilsəsinin rəhbəri Ukraynanın sülh sazişi ilə bağlı mövqeyində dəyişiklik görüb.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, indi Ukrayna öz sülh planına ultimatum kimi deyil, danışıqlar üçün mövqe kimi baxır.
“Papanın rəyi var. O, danışıqlar mövqeyində dönüş nöqtəsi olduğuna inanır. İndi Ukrayna tərəfi öz sülh planını ultimatum deyil, danışıqlar mövqeyi kimi qəbul edir. Bu, böyük fərqdir və danışıqların mümkünlüyüdür”, deyə cənab Sevastyanov "RİA Novosti"yə Roma Papası ilə ünsiyyətindən danışıb.
Ukrayna prezidenti Volodimir Zelenski mayın 13-də Papa ilə şəxsən görüşüb. Onlar Ukraynanın nizamlanmaya dair sülh planını müzakirə ediblər. İyunun 6-da Zelenski Kiyevdə Roma Papasının Rusiya-Ukrayna hərbi münaqişəsinin həlli üzrə nümayəndəsi kardinal Matteo Zuppi ilə görüşüb.
Zelenski 2022-ci ilin noyabrında hərbi münaqişənin həllinə dair sülh planını təqdim edib. Bu, 1991-ci il sərhədləri daxilindəki ərazilərin Ukraynaya qaytarılmasını, habelə Rusiyadan təzminatların ödənilməsini nəzərdə tutur. Kreml bu planı danışıqlardan imtina adlandırıb.
Çinin təklif etdiyi hərbi münaqişənin həlli üzrə sülh planını şərh edən Zelenski qeyd edib ki, bunlar konkret fəaliyyət planı deyil, daha çox bu məsələ ilə bağlı fikirlərdir. Eyni zamanda, bəzi məqamların onun planına bənzədiyini bildirib və onların üzərində daha da işləməyi təklif edib. Aprelin 26-da Ukrayna tərəfinin təşəbbüsü ilə Zelenski ilə Si Szinpinq arasında danışıqlar aparılıb.
Samir