Anasının kartı ilə oyunlara 64 min dollar xərcləyib

DÜNYA
23:25 / 09.06.2023
385

Çində 13 yaşlı qız anasının kartından istifadə edərək mobil oyunlara 64 min dollar xərcləyib. 

HİT.az "İnsider"ə istinadən xəbər verir ki, kiçik qız 10 sinif yoldaşına da pul köçürüb.

13 yaşlı qızın anası Qonq Yivanq məktəbdən zəng gələnə qədər qızının debet kartından pul çıxarmasından xəbəri olmayıb. Evə gələn telefon zəngi Yivanqı bank hesabını yoxlamağa məcbur edib və hesabında cəmi 7 sent olduğunu görüb.

Ana qızının yanvar-may ayları arasında oyunlara təxminən 16.800 dollar xərclədiyini müəyyən edib. Tətbiqdaxili satınalmaların da təxminən 30 min dollara başa gəldiyi məlum olub. Həmçinin aydınlaşıb ki, kiçik qız 10 sinif yoldaşına pul köçürüb. Beləliklə, xərc təxminən 64 min dollar olub.

Yivanq yerli "Elephant News" telekanalına açıqlamasında "13 yaşlı bir qızın bunu edə biləcəyini heç düşünməmişdim. Çaş-baş qalmışam, başımın partlayacağını hiss edirəm" deyib.

Qız isə Henan əyalətindəki yerli xəbər kanalı "Elephant News"a bildirib ki, anasının bank kartını mobil telefonuna qoşduğunu, lakin pulun haradan gəldiyini və nə qədər xərclədiyini bilmir.

Samir

0