Yunanıstanda qadınların idarə etdiyi ada - Matriarxal dövrü

DÜNYA
13:01 / 12.06.2023
515

Yunanıstanın Kerpe adası dünyada nadir matriarxal quruluşlardan birinə malikdir. 

HİT.az CNN-ə istinadən xəbər verir ki, sakinlərinin çoxunun qadın olduğu adada idarəçilik də zərif cinsin nümayəndələrinin üzərindədir.

Bu rol onlar üçün 1950-ci illərdə kişilərin işçi kimi Avropaya getdiyi zaman tək qalmaqdan miras qalıb.

“Ailənin qayğısı qadınların əlindədir. Qadın idarədədir, qadın uşaqlara baxır, həyatının qərarını özü verir. Kişilər 10-15 il kənarda işləyir, qadınlar necə mərkəzi rol oynamasın?”, deyə ada qadınlarından biri bildirir.

Bu qədim Olimpos kəndində qadınlar o qədər önəmlidir ki, onların soyadı atadan deyil, nənədən keçir.

Rəsmi soyadları atalarının olmasına baxmayaraq, əksər qadınlar hələ də analarının soyadından istifadə edirlər.

“Əgər qadınlar gedirsə, kişiləri unudun. Bu bizim həyatımızdır, amma gələcək nəsillər üçün çətindir. Təəssüf ki, burada qalmadıqları üçün görmürlər, öyrənmirlər. Onlar öyrənmək istəyə bilər, amma şərait buna imkan vermir", deyə sakinlərdən biri bildirir.

Aydın

0