Polşalıların ukraynalı qaçqınlara münasibəti pisləşir - ŞOK SƏBƏB

DÜNYA
10:34 / 12.06.2023
502

Polşadakı Ukraynalılar İttifaqının rəhbəri Miroslav Skorka bildirib ki, Polşa sakinləri bu ölkədən dəstək alan ukraynalıların əksəriyyətinin rus dilində danışmağa davam etməsindən narahatdırlar, buna görə də polyakların ukraynalılara münasibəti pisləşir. 

HİT.az xəbər verir ki, bu barədə "Guardian" qəzeti yazır.

Skorka bildirib ki, ukraynalı qaçqınlara dəstəyi koordinasiya etməyə kömək edən təşkilata Ukraynadan olan qaçqınlara kömək etmək istəyən polyaklardan çoxsaylı zənglər gəlib, lakin onların rus dilində danışmağa davam etdiyini öyrənməkdən narahat olublar:

"Rusca danışan belaruslarla heç kimin problemi yoxdur, lakin ukraynalılara gəlincə, insanlar bunun siyasi üstünlüklərə işarə edib-etmədiyini düşünürlər. Bir müddət sonra bir çox insanlar nə Ukrayna, nə də polyak dilini niyə öyrənmədiklərini başa düşməkdə çətinlik çəkdilər".

Keçirilən ictimai rəy sorğusu da göstərir ki, Polşa əhalisinin ukraynalılara münasibətinin pisləşməsinin səbəblərdən biri məhz onların rus dilindən istifadə etməsidir.

Samir

0