Aİ Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır - Avropa komissarı

DÜNYA
14:06 / 12.06.2023
408

"Avropa İttifaqı (Aİ) Ukraynada hərbi əməliyyatların bir neçə il davam etməsinə hazırlaşır".

HİT.az RMC radiosuna istinadən xəbər verir ki, bunu daxili bazar üzrə Avropa komissarı Tyerri Breton deyib. 

O, əmindir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanları hələ tükənməyib:

“Biz bu müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Təəssüf ki, Avropada hərbi əməliyyatların yüksək intensivliyi olan müharibələr əvvəllər bir neçə il davam edirdi. Buna görə də biz buna hazırlaşırıq".

Onun sözlərinə görə, “heç kim Ukraynanın məhdudlaşdırıcı tədbirlər sayəsində qalib gələcəyini deməyib”. Breton əmindir ki, Ukrayna nə vaxtsa qalib gəlsə, bu, hərbi yolla olacaq, əsassız olaraq işğal edilmiş əraziləri geri qaytaracaq: “Buna görə də Aİ və Ukraynanın müttəfiqləri ona qalib gəlmək üçün lazım olan hər şeyi verirlər”.

Samir

0