Kılıçdaroğlu onu dəstəkləyəcək - ŞOK AÇIQLAMA

DÜNYA
10:28 / 13.06.2023
760

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədrinin kim olacağı günlərdir müzakirə mövzusuna çevrilib.

HİT.az xəbər verir ki, hazırda bu vəzifə üçün mövcud partiya sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və CHP Qrup sədri Özgür Özəlin adı keçir.

Növbəti qurultayda Kılıçdaroğlunun yenidən namizəd olaraq seçilmə ehtimalı böyük olsa da, başqa variantlar da gündəmə gəlib. 

Dünən partiya sədrliyinə namizədliyini elan edən Özgür Özəllə bağlı sürpriz gəlişmələr yaşana bilər. "Cümhuriyyət" qəzetinin yazarı Sarp Sağkal bununla bağlı şok bir iddia irəli sürüb.

O, Kılıçdaroğlunun Özəli dəstəkləyə biləcəyini deyib:

"CHP liderliyi üçün müzakirələr bir müddət daha davam edəcək. Hazırda hər kəs namizədliyini irəli sürür. Amma Kamal Kılıçdaroğlunun dəstəkləyə biləcəyi şəxs Özgür Özəl ola bilər. Əkrəm İmamoğlunun siyasətdən uzaqlaşdırma qərarı ola biləcəyinə görə seçilmə ehtimalı azdır. Həmçinin, heç kim İstanbul Böyük Şəhər Bələdiyyəsinin də itirilməsini istəmir".

Pərviz

0