Lukaşenko hədələdi: "Nüvə silahından çəkinmədən istifadə olunacaq"

DÜNYA
17:45 / 13.06.2023
414

Belarus Rusiyanın bu ölkədə yerləşdirdiyi taktiki nüvə silahlarından çəkinmədən istifadə edəcək.Lakin bu, yalnız Belarusa hücum ediləcəyi təqdirdə mümkündür.

HİT.az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Məncə, çətin ki, kimsə belə silahlara malik olan bir ölkə ilə döyüşmək istəsin. Bu, çəkindirmə silahıdır. Müasir dövrdə bu silahların istifadəsi ilə bağlı qərar qəbul etmək məcburiyyətindəyəm. Ancaq bizə qarşı təcavüz olsa, heç bir tərəddüd olmayacaq", deyə Lukaşenko Minsk regionuna işgüzar səfəri zamanı bildirib.

Rusiya nüvə silahları onlar üçün lazım olan qurğular hazırlandıqdan dərhal sonra iyulun 7-8-də Belarusda yerləşdiriləcək. Belarusda nüvə silahının yerləşdirilməsini martın 25-də Rusiya prezidenti Vladimir Putin bəyan edib. Rusiyanın Minskdəki səfirinin sözlərinə görə, silahlar İttifaq dövlətinin qərb sərhədlərində yerləşdiriləcək.

Samir

0