"Alyansın iyulun ortalarında keçiriləcək növbəti illik sammiti ərəfəsində NATO-ya üzv dövlətlər arasında artıq təşkilatın tarixində ən uzun müddət vəzifədə olan baş katiblərdən biri olan Yens Stoltenberqin varisinin kimliyi ilə bağlı pərdəarxası mübarizə gedir. Əsas potensial namizədlər arasında Danimarkanın baş naziri Mette Frederiksen və Böyük Britaniyanın müdafiə naziri Ben Uolles var".
HİT.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
NATO-nun yeni rəhbəri 2014-cü ildən qurumun 13-cü baş katibi vəzifəsini icra edən Norveçin keçmiş baş naziri Stoltenberqi 2018-ci ildə əvəz etməli idi. Lakin o vaxtdan bəri Stoltenberqin səlahiyyət müddəti iki dəfə uzadılıb.
Media getdikcə daha çox danimarkalı Frederikseni ən şanslı namizəd kimi müzakirə edir. NATO daxilində qadın namizəd tapmaq üçün artan tələbi nəzərə alsaq, onun hökumət başçısı statusu və cinsiyyəti xeyrinə işləyir. Bununla belə, bəzi NATO üzvləri uzun müddətdir ki, xüsusilə Ukrayna münaqişəsi fonunda Şərqi Avropa liderinin namizədliyini irəli sürürlər.
Bu vəzifə üçün digər potensial namizəd Britaniya müdafiə nazir Ben Uolles həm siyasi zəkaya, həm də xarizmaya malik şəxsdir və yüksək profilli müdafiə postunda təcrübəyə malikdir. Həmçinin, o, son üç baş nazirin dövründə hökumətdə təmsil olunan yeganə nazirdir. Bununla belə, bəzi dövlətlər, ilk növbədə Fransa NATO ilə Avropa İttifaqı arasında daha sıx tərəfdaşlıq gözlədikləri üçün bu vəzifədə Avropa İttifaqı rəsmisini görmək istəyirlər.
İtaliyanın NATO-dakı keçmiş daimi nümayəndəsi, hazırda Milandakı İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) baş məsləhətçisi olan Stefano Stefanini deyib ki, NATO-nun baş katibi postu uğrunda yarış gender və təcrübə arasında mübarizə deyil: "İki amil - şəxsiyyət və konsensus işə düşür. Bu kombinasiya həlledicidir, çünki çox yaxşı namizəd onsuz da bütün müttəfiqlər tərəfindən təsdiqlənməlidir, bu heç bir rəsmilik deyil"
"Təsdiq müxtəlif amillərdən asılı ola bilsə də, praktikada namizədə istənilən NATO üzv ölkəsi veto qoya bilər. İndiyə qədər yarış hələ də açıqdır və hələlik heç bir qərar verilməyib, yəni nə Frederiksen, nə də Uolles hərtərəfli təsdiq qazanmasa, ortaya "qaranlıq bir at" çıxa bilər", deyə Stefanini əlavə edib.
Samir