Ukraynanın Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasından sonra vəba və "Escherichia coli"nin (Qalın bağırsaqda infeksiyaya səbəb olan bağırsaq çöpü) ilk halları aşkarlanıb.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Ekologiya Müfəttişliyinin Torpaq Ehtiyatlarına Dövlət Ekoloji Nəzarət Departamentinin rəhbəri Oleq Pavlenko məlumat verib.
“Cənub rayonuna nəzarət edirik, hər gün su nümunələri götürürük, analizlər aparırıq. Çox yüksək çirklənmə yoxdur, lakin sanitar-epidemioloji vəziyyətə görə, suda vəba və "Escherichia coli" aşkarlanması ilə bağlı bir neçə hal var, deyə Oleq Pavlenko bildirib.
Pavlenkonun sözlərinə görə, yanacaq-sürtkü materialları və pestisidlər suya tökülüb: "Dneprə 150 ton mühərrik yağı daxil olub. Hər şey Qara dənizə gedəcək".
Bununla belə, ÜST-nin Ukraynadakı nümayəndəsi Carno Habict Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna ərazilərində vəba xəstəliyinin aşkarlanması ilə bağlı hələlik onlara məlumat daxil olmayıb.
Qeyd edək ki, iyunun 9-da Ukrayna Səhiyyə Nazirliyi vəba xəstəliyinin yayılması ilə bağlı məlumatı təkzib edib. Bununla belə, nazirlik xəbərdarlıq edib ki, Kaxovka Su Elektrik Stansiyasının dağılmasının nəticələrinə görə epidemiya riski hələ də qalmaqdadır.
Samir