Meral Akşener yenidən namizəd olacaq? - Özü açıqladı

DÜNYA
10:33 / 14.06.2023
516

Türkiyənin İYİ Partiyası qurultaya gedir.

HİT.az xəbər verir ki, mövcud sədr Meral Akşenerin yenidən bu vəzifəyə namizəd olub-olmayacağı məsələsinə də aydınlıq gəlib.

Belə ki, Akşener yenidən namizəd olacağını açıqlayıb:
"Kim istəyir, qarşıma çıxa bilər. Mən namizədəm".

İYİ Partiya daxilində isə Meral Akşenerə müxalif olanları onun qarşısına bir namizəd çıxarması gözlənilir.

Xatırladaq ki, İYİ Partiyada 24 iyunda qurultay keçiriləcək. 

Pərviz

0