Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun 18 yaşlı oğlu Mikola ötən ilin yazında Rusiya ilə Ukrayna arasındakı danışıqları təşkil edib.
HİT.az xəbər verir ki, prezident bu barədə “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
Lukaşenkonun sözlərinə görə, Mikola Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı təşkil edib. Lakin o, oğlunun bu işə necə qarışdığını açıqlamayıb.
Lukaşenko onu da bildirib ki, Mikola hazırda Çində, Pekin Universitetində təhsil alır, lakin Moskva ilə Kiyev arasında “danışıqların təşkilinə təkan verir”.
Samir