Ötən il Çində 6,83 milyon nikah olub.
HİT.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Çinin Mülki İşlər Nazirliyi məlumat yayıb.
Bu, bir il əvvəlkindən 10,5% azdır və 1986-cı ildən bəri ən aşağı göstəricidir.
Çində nikahların sayı 2014-cü ildən bəri durmadan və xüsusilə son illərdə kəskin şəkildə azalır. Antirekord 2013-cü ildə - 13,5 milyon cütlüyün rəsmi münasibətə daxil olduğu vaxt qeydə alınıb.
Son illər gənc xanımlar gec ailə qurmağa üstünlük verirlər. Belə ki, 2010-cu ildən 2020-ci ilə qədər olan dövrdə onlar üçün nikah yaşı 24-dən az qala 29 yaşa yüksəlib. Miçiqan Universitetinin sosioloqu Yun Zhounun fikrincə, "gənc qadınlar evliliyi tənqid edir və bunu qadınların sıxışdırılması üçün patriarxal bir quruluş adlandırırlar".
Doğum nisbətinin rekord dərəcədə azalması, nikahların sayının kıəskin aşağı düşməsi fonunda doğum səviyyəsini stimullaşdırmaq üçün ölkə rəhbərliyi tərəfindən görülən tədbirlərin hələ də gözə çarpan nəticə vermədiyini nəzərə alaraq, regional hakimiyyət orqanları özləri çıxış yolu axtarır. Belə ki, bəzi əyalətlərdə yeni evlənənlərə 30 günə qədər məzuniyyət verilir. Və milli səviyyədə, Çin Planlı Valideynlik Assosiasiyası "evlilik və uşaq dünyaya gətirmənin yeni konsepsiyasını" dəstəkləmək üçün 2022-ci ildə başlamış pilot proqramı genişləndirib. Proqram gəncləri 30 yaşına qədər təxirə salmadan “uyğun yaşda” ailə qurmağa, gənc valideynləri isə uşaqları başqasına vermədən böyütmək məsuliyyətini öz aralarında bölüşməyə çağırır.
Bu arada Çində nəinki evliliklərin, hətta boşanmaların da sayı azalır. 2022-ci ildə 2,1 milyon nikah pozulub, bu bir il əvvəlkindən bir qədər azdır.
Samir