Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2022-ci ilin sonuna qədər köçkün uşaqların sayının 43,3 milyon nəfərə çatdığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə UNICEF-i dünyada köçkün uşaqların sayı ilə bağlç hesabatında deylir.
UNİCEF-in icraçı direktoru Ketrin Rassel deyib: “Köçkün uşaqların sayının artması dünya səviyyəsində münaqişələr, depressiya və iqlim dəyişikliyi nəticəsində baş verən fəlakətlərlə bağlıdır”.
Hesabatda məcburi köçkün uşaqların əksəriyyətinin bütün uşaqlıq illərini bu şəkildə keçirdiyinə diqqət çəkilir, son 10 ildə məcburi köçkün uşaqların sayı iki dəfə artdığı qeyd edilir.
Hesabatda Ukraynadakı müharibə zamanı 2 milyon uşağın zorla ölkədən çıxarıldığı, 1 milyon uşağın isə öz ölkəsində qaçqın düşdüyü deyilir.
Hesabatda 43,3 milyon uşağıb 60 faizinin münaqişə və zorakılıq nəticəsində öz evini tərk etdiyi, sığınacaq istəyən uşaqların sayının isə 17,5 milyona çatdığı bildirilib.
Sudandakı qarşıdurmalar səbəbilə artıq 940 min uşağın didərgin düşdüyü, ekstremal hava hadisələrinin də milyonlarla uşağı evindən etdiyi qeyd edilib.
Samir