Şimali Koreyada vəziyyət günü-gündən pisləşir. Dünyanın ən təcrid olunmuş ölkəsində qida çatışmazlığı pik həddə çatıb. Hətta qonşularının aclıqdan öldüyünü deyən insanlar var. Ekspertlər deyirlər ki, müsahibələrin vəziyyətin 1990-cı illərdən bəri ən pis həddə olduğunu göstərir.
HİT.az-ın məlumatına görə, BBC-nin Şimali Koreyada üç nəfərlə apardığı gizli danışıqlar nəticəsində 2020-ci ildə sərhədlərini bağlayaraq həyati əhəmiyyətli məhsulların daşınmasının qarşısını kəsən hökumətin insanların həyatı üzrərində də nəzarəti gücləndirdiyi məlum olub. Şimali Koreyadan qaçanları dəstəkləyən "Liberty in North Korea"nın (LiNK) təmsilçisi Sokeel Park da müsahibələrin ölkədə dağıdıcı bir faciəninin yaşandığını deyib.
Müsahibələrin birində paytaxt Pxenyanda yaşayan bir qadın BBC-yə evdə aclıqdan ölən üç nəfərlik ailəni tanıdığını bildirib.
Təhlükəsizlik və gizlilik səbəbiylə adı dəyişdirilən qadın "Su vermək üçün qapılarını döydük, amma heç kim cavab vermədi. Səlahiyyətlilər içəri girəndə onları ölü tapdıqlarını söylədilər", deyib.
Çin sərhədi yaxınlığında yaşayan bir inşaat işçisi isə ərzaq ehtiyatlarının çox azaldığını və yaşadığı kənddə 5 nəfərin aclıqdan öldüyünü bildirib.
"Əvvəlcə COVID-dən ölməkdən qorxurdum, amma sonra aclıqdan ölməkdən narahat olmağa başladım", deyə inşaat işçisi bilririb.
Şimali Koreya 26 milyonluq əhalisi üçün heç vaxt kifayət qədər ərzaq istehsal edə bilməyib. 2020-ci ilin yanvarında sərhədlərini bağlayann hökumət Çindən taxıl idxalı ilə yanaşı məhsul yetişdirmək üçün lazım olan gübrə və texnikanının idxalını da dayandırıb.
Bu arada, Şimali Koreya rəhbərliyi sərhədi hasarlarla möhkəmləndirib və mühafizəçilərə keçmək istəyən hər kəsi güllələmək əmri verilib. Bu, Şimali koreyalıların əksəriyyətinin alış-veriş etdiyi qeyri-rəsmi bazarlarda satmaq üçün insanların qida qaçaqmalçılığı etməsinin mümkünsüz edib.
Ölkənin şimalından olan bir bazar satıcısı əvvəllər yerli bazardakı məhsulların demək olar 3/4-ü Çindən gəldiyini, amma indi bazarın tamamilə boş olduğunu bildirib.
Samir