Zelenskinin ofisində Kliçkonun istefası müzakirə olunub - KİV

DÜNYA
09:44 / 16.06.2023
457

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisində bir neçə görüş keçirilib və onlar Kiyev meri Vitali Kliçkonun istefaya göndərilməsinin mümkünlüyünü müzakirə ediblər. 

HİT.az xəvər verir ki, bu barədə strana.ua özəl mənbəyə istinadən məlumat yayıb.

Görüşlərin dəqiq nə vaxt keçirildiyi açıqlanmır.

“Yadınızdadırsa, bazar ertəsi (12 iyun) prezident bu cümə günü “həm məsuliyyət daşıyanlar, həm də insanların adekvat səviyyədə müdafiəsini təmin edən” qərar layihələri vəd etmişdi? Söhbət Kliçkodan gedir. Amma artıq 4 ildir ki, onun istefasına söz verilir. Bəlkə də bu dəfə yenə qorxutmaq istəyirlər”, deyə nəşrin mənbəsi bildirib.

Onun sözlərinə görə, Kiyev meri postuna mümkün namizədlər arasında Luqansk vilayəti hərbi administrasiyasının keçmiş rəhbəri Sergey Qayday, strateji sənaye naziri Aleksandr Kamışin və “Böyük tikinti” milli layihəsinin keçmiş kuratoru Yuri Qolik də var.

Vitali Kliçko 2014-cü ildən Kiyevin meridir. 2020-ci ildə o, 50,52 faiz səslə yenidən bu vəzifəyə seçilib.

İyunun 1-də Kiyevin növbəti kütləvi atəşə tutulmasından sonra qurbanlardan birinin həyat yoldaşı deyib ki, o, sığınacağa girməyə cəhd edib, sığınacaq isə bağlı olub. Həmin gün şəhərin hüquq-mühafizə orqanları tərəfindən səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb, iş üzrə bir nəfər həbs edilib. 

Vitali Kliçko heç bir xəbərdarlıq etmədən Kiyevdəki sığınacaqları yoxlamağa başlayıb. Zelenski insanların ölümünü şərh edərkən deyib ki, cənab Kliçkonu “nokaut etmək olar”. O, böyük şəhərlərdə, o cümlədən Kiyevdə bomba sığınacaqlarının yoxlanılmasının nəticələrini məyusedici adlandırıb.

Samir

0