Birləşmiş Millətlər Təşkilatı (BMT) üçünçü ayına girən Sudandakı münaqişə səbəbindən Darfurda humanitar fəlakətin sürətlə yaxınlaşdığı barədə xəbərdarlıq edib.
HİT.az xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Qriffits mövzu ilə bağlı yazılı açıqlama verib.
“Darfur sürətlə humanitar fəlakətə doğru gedir. Dünya buna imkan verə bilməz. Bu bir də təkrar olunmamalıdır", deyə Martin Qriffits bildirib.
Sudandakı qarşıdurmanın üçüncü aya girdiyini bildirən Martin Qriffits ölkə daxilində humanitar vəziyyətin daha da pisləşdiyinə diqqət çəkib. 1,7 milyon insanın didərgin düşdüyünü və onlardan 500 minə yaxınının Sudan xaricinə sığındığını vurğulayan BMT rəsmisi "İnsanların canlı bir kabusun içində sıxışdırıldığı Darfurdakı şərait məni xüsusilə narahat edir", deyib.
Ölkədəki yerli təşkilatlar da daxil olmaqla humanitar tərəfdaşların həyat qurtaran ləvazimatları artırmaq və çatdırmaq üçün əllərindən gələni etdiklərini qeyd edən Martin Qriffits davam edən zorakılığın bu səylərə mane olduğuna diqqət çəkib.
"İcmalararası zorakılıq da yayılır və 20 il əvvəl orada (Darfurda) ölümcül münaqişəyə səbəb olan etnik gərginliyi yenidən alovlandırmaq təhlükəsi yaradır", deyə Martin Qriffits xəbərdarlıq edib.
Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhlükə hesab etdiyi HDK-nın 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını istəyirdi.
HDK-nın mülki hökumətdən sonra təxminən 10 il davam edən bir müddətdə bunu qəbul edə biləcəyini bəyan etməsi ilə başlayan söz savaşı və gərginlik aprel səhəri paytaxt Xartum və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrilib.
Ümumdünya Səhiyyə Təşkilatı (DSO) Sudanda davam edən qarşıdurma nəticəsində 850 nəfərin həyatını itirdiyini, 5500 nəfərin isə yaralandığını bildirib.
Samir