Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir, lakin tarix, yer və gündəmlə bağlı hələlik konkret razılaşma yoxdur.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
"Belə bir səfər gündəmdədir, planlaşdırılır. Amma hazırda tarix, yer və gündəmlə bağlı heç bir razılaşma yoxdur", deyə agentliyin həmsöhbəti bildirib.
Cümə günü bir sıra türk mediası Rusiya liderinin yaxın vaxtlarda Türkiyəyə gözlənilən səfəri ilə bağlı xəbərlər yayıb.
Samir