Bolqarıstan Avropa İttifaqı təşəbbüsünə qoşulmağı planlaşdırır. Bu təşəbbüsə əsasən, ölkələr Ukraynaya göndərmək və ya ehtiyatlarını artırmaq üçün birgə sursat alırlar.
HİT.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev “Politico”ya müsahibəsində bildirib.
O, hələlik siyasi qərarın olmadığını qeyd edib: “Biz bu koalisiyaya qoşulmağa çox aydın şəkildə diqqət yetirmişik. Düşünürəm ki, biz Ukrayna üçün lazım olan sursatın bir hissəsini təmin edə biləcəyik. Biz, şübhəsiz ki, səy göstərəcəyik və inanıram ki, bir yol tapacağıq”.
Nazir həmçinin Rusiyanın Bolqarıstandakı təsirindən ciddi narahatlığını ifadə edib. Qeyd edib ki, dezinformasiya ilə mübarizə üçün yeni ixtisaslaşdırılmış bölmələrin yaradılması imkanını nəzərdən keçirilir:
“Biz əmin olmalıyıq ki, Rusiya təbliğatına, dezinformasiya kampaniyalarına və ölkədəki bütün digər təsir növlərinə qarşı effektiv şəkildə mübarizə aparırıq”.
Samir