Brüsseldə keçirilən görüşdə NATO-nun müdafiə nazirləri Soyuq Müharibə bitdikdən sonra ilk dəfə olaraq yeni müdafiə planları ilə bağlı razılığa gələ bilməyiblər.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Müdafiə planları bu gün razılaşdırıla bilmədiyi üçün, yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, bunun iyulda Vilnüsdə keçiriləcək sammitdə həyata keçiriləcəyi gözlənilir.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, NATO Rusiya ilə münaqişə vəziyyətində Soyuq Müharibədən sonra ilk ətraflı müdafiə planını hazırlayır. Qeyd olunub ki, əvvəllər Alyans bu cür hərbi planlar hazırlamağa ehtiyac görmürdü. Bununla belə, NATO indi əmindir ki, Rusiya ilə münaqişə başlamamışdan xeyli əvvəl bütün lazımi planları yerinə yetirməlidir.
Samir