Putin taktiki nüvə silahından istifadəyə necə baxır? - CAVAB

DÜNYA
19:19 / 16.06.2023
467

Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə ehtimalına mənfi münasibət bəslədiyini bildirib.

HİT.az "İnterfax"a istinadən xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası zamanı moderator Putindən taktiki nüvə silahından nüvə müharibəsinin qarşısının alınması amili kimi istifadənin mümkünlüyü ideyasına necə münasibət bəslədiyini soruşub.

Rusiya prezidentinin buna cavabı "mənfi" olub.

O xatırladıb ki, Rusiya öz ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və dövlətin mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə edə bilər:

"Nüvə silahı sözün geniş mənasında təhlükəsizliyimizi və Rusiya dövlətinin mövcudluğunu təmin etmək üçün yaradılıb. Amma birincisi, bizim belə bir ehtiyacımız yoxdur, ikincisi, bu mövzuda mülahizə yürütmək faktının özü artıq silahdan istifadə həddinin aşağı salınması ehtimalını azaldır".

Samir

0