Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı

DÜNYA
22:05 / 16.06.2023
471

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

HİT.az  xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Lakin səfirin nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.

Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın dəhlizində baş verən son hadisələrlə bağlıdır.

Həmçinin, rusiyalı diplomata nota verildiyi də iddia edilir.

0