Rusiya prezidenti Vladimir Putin bəzi hərbi müxbirləri Kremlyönlü informasiya məkanına inteqrasiya etmək və ultramillətçilərin dəstəyini artırmaq üçün işçi qrupu yaratmaq ideyasını dəstəkləyib.
HİT.az xəbər verir ki, bu fikir Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin son icmalında ifadə olunub.
İşçi qrupun özü Rusiya Federasiyasının prezident administrasiyasının üzvlərindən ibarət olacaq və Ukraynaya qarşı müharibə ideyalarını əlaqələndirəcək.
Amma analitiklər qeyd edir ki, müharibə tərəfdarı olan bloggerlərin bu işçi qrupunda iştirak edib-etməyəcəyi, əgər iştirak edirsə, konkret olaraq necə olacağı hələlik bəlli deyil.
"Putinin əsas vəzifəsi müharibəni işıqlandırmaq olacaq işçi qrupuna dəstək verməsi onu göstərir ki, Rusiya lideri ultramillətçi icmada dəstəyini genişləndirmək üçün Kremlyönlü hərbi müxbirlərlə açıq şəkildə qarşılıqlı əlaqəni davam etdirmək niyyətindədir", deyə analitiklər bildirirlər.
ISW xatırladıb ki, Moskva əvvəllər Kremlə bağlı hərbi müxbirləri onlara İnsan Haqları Şurasında və səfərbərlik üzrə işçi qrupunda rəsmi vəzifələr təklif edərək, Kremlpərəst ritorikanın artması müqabilində işə götürüb.
Samir