Ərdoğandan Ankara və İstanbul TƏLİMATI

DÜNYA
10:41 / 19.06.2023
531

Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün hazırlıqlar indidən başlayıb.

HİT.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bununla bağlı göstərişlərini verib.

Belə ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) əlində olan 11 böyük şəhər bələdiyyəsini almağı hədəfləyir. Ərdoğanın İstanbul və Ankarada mütləq şəkildə qələbə qazanılması üçün təlimat verdiyi deyilir. Hakim partiya da Ankara və İstanbulda qələbə qazanmaq üçün çalışmalara başlayıb. Onların sözügedən şəhərlərin bələdiyyə sədrliyi uğrunda güclü namizədlərlə mübarizəyə qoşulacaqları da qeyd olunur.

Həmçinin, AKP-nin səs itirdiyi şəhərlərdə bunun səbəblərinin araşdırılması da tapşırılıb. Bununla yanaşı, CHP-li bələdiyyə sədrlərinin yerinə yetirmədikləri vədləri ilə bağlı da geniş araşdırma aparılacağı vurğulanıb.

Pərviz

0