Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin təşkilatçılarından biri olan Temel Alsancak ABŞ-ın Texas ştatında yaşayır.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
Nəşrin məlumatına görə, o, cinayət ortaqlarına kömək etmək üçün dörd offşor şirkəti yaradıb.
Qəzetin yazdığına görə, Temel Alsancak FETÖ üzvüdür. Türkiyə hakimiyyəti onu 2016-cı ildə dövlət çevrilişinə cəhddə günahkar hesab edir. Təşkilat ölkədə terror təşkilatı kimi tanınır. Qeyd olunur ki, Temel Alsancak Dallasda 1,2 milyon dollarlıq villada yaşayır.
Nəşr, Temel Alsancakın FETÖ üzvlərinə ABŞ-a iş vizası almasına kömək edən 4 offşor şirkət qurduğunu müəyyən edib. Qəzet qeyd edir ki, o, sonradan dörd şirkətdən ikisini bağlanıb.
“Sabah”ın məlumatına görə, 2016-cı il dekabrın 19-da baş verən Karlova sui-qəsdi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşı Vehbi Kürşat Akalın tərəfindən planlaşdırılıb. Qəzet yazır ki, Rusiya səfiri Vehbi Akalın gündəlik fəaliyyəti ilə bağlı bütün məlumatları Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin rəsmisi Hüseyn Baca çatdırıb.
Nəşrin məlumatına görə, qətlin təşkilinə Ankaradakı Turqut Özal Universitetinin müəllimi Cemal Karaata rəhbərlik edib. "Today's Zaman" qəzetinin jurnalisti Abdullah Bozkurt tapşırığı qətli törədənə çatdırıb. Qəzet qətlin təşkilində Massaçusets Texnologiya İnstitutunun türk əsilli iki əməkdaşının da iştirak etdiyini iddia edir.
“Sabah”ın məlumatına görə, FETÖ-nün məqsədi Karlovun qətlini cihadçı qruplarla əlaqələndirmək, Türkiyə və Rusiyanı diplomatik əlaqələri kəsməyə məcbur etmək və dövlətlər arasında müharibəyə başlamaq olub.
Andrey Karlov Ankarada bir fotosərgisinin açılışında güllələnib. Hücumu polis əməkdaşı Mevlüt Altıntaş həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən yerindəcə öldürülüb. 2021-ci ilin martında iş üzrə təqsirləndirilənlərdən 5-i ömürlük, 6-sı isə 5 ildən 9 ilədək həbs cəzasına məhkum edilib.
Samir