Rusiya parçalanacaq, bu Çinə də sərf edir - Amerikalı siyasi texnoloq

DÜNYA
13:39 / 19.06.2023
541

"Rusiya Federasiyası parçalanacaq, bu proses iqtisadi və ya siyasi parçalanma ilə başlaya bilər".

HİT.az xəbər verir ki, bunu amerikalı politoloq və siyasi texnoloq Ceyson Smart "FreeDom" kanalının efirində bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında vəziyyətin “çox qeyri-sabit” olduğuna dair əlamətlər var. Ekspert bildirib ki, Rusiyanın dağılması Çin üçün çox sərfəlidir:

"Rusiyanın parçalanması olacaq: həm iqtisadi, həm siyasi, ya da əvvəlcə siyasi, sonra isə iqtisadi. Lakin bu, Rusiyanın sonu olacaq...", deyə ekspert hesab edir.

Siyasi texnoloqun fikrincə, Çin tərəfi üçün “bu, çox sərfəlidir. Çünki bu, Rusiya ərazisini və gələcək iqtisadiyyatını ələ keçirmək imkanıdır”.

Politoloq onu da hesab edir ki, Rusiya Federasiyası dağılsa, Ukraynada da müharibə bitəcək.

Qeyd edək ki, aprelin əvvəlində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Rusiya Federasiyasının 3-7 il ərzində dağa biləcəyini bildirmişdi. İyun ayında Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak yazmışdı ki, Rusiya artıq “göz qabağında parçalanır, dünyaya inanılmaz üfunət iyi yayılır”.

Publisist və politoloq Andriy Piontkovskinin sözlərinə görə, Çin hakimiyyəti Vladimir Putinin “taxtına” namizədlərlə bağlı artıq qərar verib.

Samir

0