Çad ordusunun icazəsiz zirehli maşınla Sudan sərhədindəki bazaya daxil olan fransız əsgərlərini dayandırmasının görüntüləri gündəm olub.
HİT.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Çad ordusunun əsgərlərinin silah və texnikalarını götürdükləri 5 fransız əsgərini sıraya düzüb oturtduğu görünür.
Çadlı yüksək rütbəli hərbçi telefonla danışaraq, "Bazaya icazəsiz daxil olan və mandatı olmayan fransız əsgərlərini saxlayıb silahlarını götürdüm" deyərək vəziyyəti rəislərinə izah edib.
Çad rütbəli bir əsgərin fransız əsgərlərinin tərcüməçisinə ünvanladığı "İcazə sənədiniz varmı?" sualına cavab almaması diqqət çəkir.
Videoda tərcüməçinin fransız əsgərlərinin ölkənin şərqindəki Abeçe bölgəsindən gəldiyini söyləməsi eşidilir.
• Çad güvenlik kaynakları, Fransız askerlerinin üsse izinsiz girdiğini açıkladı
— Anadolu Ajansı (@anadoluajansi) June 19, 2023
• Fransız askerlerinin Sudan sınırında görülmesi şüphe uyandırdı
• Fransa kıtada eski nüfuzunu korumakta zorlanıyor
Çad ordusunun Fransız askerlerin silahlarını alarak tek sıraya dizdiği… pic.twitter.com/5OU2ejKHQl
Çad təhlükəsizlik mənbələri AA müxbirinə bildiriblər ki, fransız əsgərləri zirehli maşınla Sudan sərhədindəki Adre hərbi bazasına missiya icazə sənədləri olmadan daxil olublar.
Digər tərəfdən, Fransa ordusunun sözçüsü Pyer Qaudilyer, görüntülərin 8 iyunda Çadın şərqindəki Abeçe bölgəsində asfalt yolu olmayan ərazidə quru kəşfiyyatı zamanı baş verən hadisəyə aid olduğunu bildirib.
Fransız əsgərlərinin bu missiya üçün Çad hərbi və mülki orqanlarından icazə aldığını bildirən Qaudilyer, əsgərlərin növbətçilik əsnasında patrul tərəfindən dayandırıldığını və sənədlərinin yoxlanıldığını bildirib.
"Bu, olduqca aqressiv şəkildə edildi", deyə Qaudilyer bildirib. O, fransız əsgərlərinin lazımi icazələrə sahib olması səbəbindən vəziyyətin dərhal həll edildiyini qeyd edib.
Digər tərəfdən, bəzi "Twitter" istifadəçiləri döyüşlərin getdiyi Sudan sərhədində fransız əsgərlərinin görünməsini "şübhəli" kimi qiymətləndirib. İstifadəçilərdən biri həmçinin qeyd edib ki, əsgərlərin saxlanması Fransa ordusunun Afrikada “güc itkisi” yaşadığının göstəricisidir.
Fransa 2013-cü ildə yerləşdirdiyi qoşunlarını keçən il iki ölkə arasında yaranan siyasi böhrandan sonra Mali hakimiyyətinin tələbi ilə geri çəkməli olub. Afrikanın Sahel bölgəsini tamamilə tərk etmək istəməyən Fransa, Malidən çıxardığı hərbi güclərin bir hissəsini Çad və Nigerə köçürüb.
Mütəxəssislər, Paris administrasiyasının keçmiş müstəmləkələri olan Burkina Faso, Niger və Çadda, xüsusilə Malidə xalq arasında artan anti-Fransa əhval-ruhiyyəi səbəbiylə əvvəlki təsirini saxlamaqda çətinlik çəkdiyini qiymətləndirir.
Samir