Koronavirusa yoluxmuş milyonlarla insanın qoxubilmə hissini itirdiyi ortaya çıxıb.
HİT.az xəbər verir ki, bununla bağlı ABŞ-da bir araşdırma aparılıb.
"The Laringoscope" nəşrində yer alan araşdırmaya əsasən, koronavirusa yoluxmuş 20 milyon amerikalının ən azı 25 faizində qoxubilmə hissi birdəfəlik itib.
Həmçinin, Milli Sağlamlıq Müsahibə Sorğunun 2021-ci ildə apardığı sorğunun nəticələri də diqqətə çatdırılıb. Orada da COVID-19 epidemiyasına yoluxanların 60 faizinin qoxubilmə, 58 faizinin isə dadbilmə hissiyatını itirdiyi vurğulanıb. Onların da 1/3-ndə bu hissiyatlar geri qayıtmayıb.
Araşdırmada qeyd olunub ki, koronavirusun səbəb olduğu qoxu itkisi ilə qarşılaşdığınız zaman insanların əksəriyyəti bu hissi bərpa edəcəyini düşünür. Amma bu itki onların əhəmiyyətli hissəsində geri qayıtmayıb.
Pərviz