Estoniya müxalifəti baş nazirə qarşı etimadsızlıq elan etmək istəyir

DÜNYA
18:29 / 19.06.2023
508

Estoniyada müxalifət partiyaları baş nazir Kaya Kallasa etimadsızlıq elan etmək təklifi ilə çıxış ediblər. 

HİT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Hökumət başçısına etimadsızlıq haqqında qanun layihəsini Estoniya Mühafizəkar Xalq Partiyası, Mərkəz Partiyası və Vətən Partiyasından olan deputatlar imzalayıb.

"Etimadsızlıq səsverməsi hökumətin yalan siyasəti ilə razılaşmayanların qorxularını və tələblərini səsləndirir və ictimai maraq qruplarının səsdən məhrum olması ilə bağlıdır", deyə Vətən Partiyasının sədri Urmas Reynsalu sənədi təhvil verərkən bildirib.

O qeyd edib ki, hökumət hakimiyyətə gələndən cəmi bir neçə ay sonra etimadsızlıq səsverməsi keçirilməsi bir az qəribədir: "Lakin baş nazirin şəxsi addımları və hökumətin siyasəti də görünməmiş idi".

Müxalifətin bütün deputatlarının imzaladığı sənəddə hökumətin fəaliyyətinin demoqrafik böhranı daha da gücləndirdiyi, hökumətin vergiləri artırmaq mandatı olmadığı, baş nazirin müxalifəti diktatura rejimləri ilə müqayisə edən ritorikasının qəbuledilməz olduğu, parlamentin fəaliyyətini susdurmağa çalışdığı bildirilir.

Samir

0