Avropa Komissiyası Ukraynaya 50 milyard avroluq yardım paketi hazırlayır.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər yayıb.
Pul qrant, güzəştli kredit və ya zəmanət şəklində ayrıla bilər. Vəsaitlər qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün islahatlar aparıldıqdan sonra ayrılacaq.
Yardımın bu gün Londonda keçiriləcək donorlar konfransından əvvəl elan ediləcəyi gözlənilir. Paket hələ də dəyişdirilə bilər. "Bloomberg-in məlumatına görə, AK silahlı münaqişə vəziyyətində olan bir ölkə üçün “ağır bərpa alətindən” qaçmaq istəyir.
Avropa Komissiyasının planı Avropa İttifaqının 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılmasının bir hissəsidir. Paket 2024-2027-ci illəri əhatə edəcək. Digər paketlərdən fərqli olaraq, yeni yardım bazar borcları hesabına deyil, Aİ dövlətlərinin töhfələri hesabına maliyyələşdiriləcək. Paket əmək haqqı və pensiyaların ödənilməsi üçün istifadə edilən yardımı infrastrukturun yenidən qurulması xərcləri ilə birləşdirmək məqsədi daşıyır.
Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Avropa İttifaqı Kiyevə 38 milyard avroya yaxın iqtisadi yardım ayırıb. Dünya Bankı hesab edir ki, Ukraynanın yenidən qurulması üçün 411 milyard dollara ehtiyac ola bilər.
Mayın sonunda Beynəlxalq Valyuta Fondu Ukrayna üçün Genişləndirilmiş Maliyyələşdirmə Proqramı çərçivəsində 15,6 milyard dollar həcmində ikinci tranşı təsdiqləyib. Kredit valyuta məhdudiyyətlərinin yumşaldılması, çevik məzənnə rejiminə qayıtması və inflyasiya hədəflənməsi, o cümlədən maliyyə sektorunun stabil fəaliyyətini təmin etməlidir.
Samir