Hindistanın baş naziri Narendra Modi bildirib ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı ölkəsi sülh, beynəlxalq hüquqa və suverenliyə hörmətin tərəfdarıdır.
HİT.az xəbər verir ki, o, Hindistanın mövqeyinin neytral olmadığını, münaqişəyə son qoymaq, davamlı sülh və sabitliyi təmin etmək üçün bütün real cəhdləri dəstəkləyəcəyini əmin edib.
Modi “The Wall Street Journal”a müsahibəsində bildirib ki, münaqişələr diplomatiya və danışıqlar yolu ilə həll edilməlidir. Onun sözlərinə görə, Hindistanın əsas prioriteti sülhdür: “Mən düşünmürəm ki, bu, ABŞ-da çox geniş yayılmış fikirdir... Bəzi insanlar bizim neytral olduğumuzu deyir, amma neytral deyilik. Biz dünyanın tərəfindəyik. Bütün ölkələr beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət etməlidir”.
Bu il G20 blokuna sədrlik edən Hindistan Rusiyanın Ukraynadakı hərbi əməliyyatını açıq şəkildə pisləməkdən çəkinib. Narendra Modi sağlam düşüncəyə və 20 aparıcı dövlətin liderlərinin sülh istəyinə ümid etdiyini bildirib. May ayında Hindistanın baş naziri G7-nin Xirosima sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. İyunun 21-24-də cənab Modi ABŞ-a səfər edəcək.
Samir