Daha bir ölkə eynicinsli nikahları qanuniləşdirdi - İlk dəfə

DÜNYA
13:23 / 20.06.2023
588

Estoniya parlamenti eynicinslilərin nikahını qanuniləşdirən qanunun lehinə səs verib. 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, qanun 2024-cü ildə qüvvəyə minəcək. Estoniya eynicinsli nikahları qanuniləşdirən Mərkəzi Avropada ilk ölkə olub.

2022-ci ildə Estoniya hökuməti konstitusiyada nikahın yalnız kişi və qadının birliyi olduğunu qeyd etmək təklifi ilə referendum keçirməyi planlaşdırırdı. Təşəbbüskar daxili işlər naziri Mart Helme olub və bunu “dövlət uşaqsız və mənəviyyatsız yaşaya bilməz” deməklə əsaslandırıb. 
Ölkədə bu ideyaya qarşı etirazlar olub.

Samir

1