Almaniyanın əhalisi 2022-ci ildə immiqrantların da təsiri ilə bir əvvəlki ilə görə 1 milyon 122 min nəfər artıb. Bu göstərici Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsindən indiyədək ən yüksək illik artımdır.
HİT.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunur.
Buna uyğun olaraq xaricdən, xüsusən də Ukraynadan gələn immiqrasiyanın təsiri ilə ölkə əhalisi 2022-ci ildə 1 milyon 122 min nəfər artaraq 84,4 milyonluq rekord səviyyəyə çatıb.
Destatis vurğulayıb ki, ötən il əhalinin sayının artması Almaniyaya əcnəbilərin köçməsi ilə bağlıdır. Xalis miqrasiya 2021-ci ildəki 329 mindən keçən il 1,46 milyona yüksəlib. Ötən il Almaniyaya gələn ukraynalıların sayı 915 min olub.
Əvvəlki illərdə olduğu kimi, ötən il doğulanlardan daha çox insan ölüb. Doğulanları ötən öüm sayı 327 000-ə yüksəlib. Bu rəqəm 2021-ci ildə 228 min olub.
Samir