Avropa Birliyinin sursat istehsal etmək üçün kifayət qədər materialı yoxdur.
HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib.
Borrelin sözlərinə görə, Aİ silah-sursatının istehsalı üçün çatışmayan kritik materiallar xaricdən gətirilməlidir. Bu, strateji muxtariyyəti zəiflədir və Avropanın təhlükəsizliyi üçün ciddi risk yaradır.
Bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq NATO arsenallarının məhv edildiyini açıqlayıb və silah ehtiyatlarını mümkün qədər tez doldurmağa çağırıb. O qeyd edib ki, Alyansın daha güclü hərbi sənayeyə ehtiyacı var.
Samir