Vuçiç şərt qoydu - Yerinə yetirilməyənə qədər Brüsselə getməyəcək

DÜNYA
20:04 / 20.06.2023
583

Serbiya prezidenti Brüsseldə Kosovonun baş naziri ilə danışıqların davam etdirilməsi şərtini irəli sürüb.

Serbiya prezidenti Aleksandar Vuçiç Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin çağırış etdiyi görüş üçün Kosovonun şimalında həbs olunan serblər sərbəst buraxılmayana qədər Brüsselə getməyəcəyini bildirib.

HİT.az xəbər verir ki, bu barədə N1 məlumat yayıb.

Borrelin serb etirazçılar, Kosovo polisi və NATO əsgərləri arasında toqquşmalardan sonra Kosovonun şimalında davam edən böhranı həll etmək üçün Vuçiç və Kosovonun baş naziri Albin Kurtini danışıqlara dəvət etdiyi bildirilir.

Kurti Serbiyada həbs olunan üç Kosovo polisinin vəziyyətini bilməyincə Brüsselə getməyəcəyini bildirib.

Macarıstanın baş naziri Viktor Orban Vuçiçdən üç Kosovo polisini azad etməyi xahiş edib. 

"Saxlanılanserblər  azadlığa buraxılmayana və saxta merlər getməyincə mən Kurti ilə danışmayacağam”, deyə Vuçiç bildirib.

Çərşənbə günü 3 Kosovo polisinin Serbiya qüvvələri tərəfindən saxlanıldığı bildirilir, lakin Kosovo və Serbiya rəsmiləri bir-birini sərhədi qanunsuz keçməkdə ittiham edir.

Kosovoda serblərin məskunlaşdığı ərazilərdə etnik alban merlərinin hakimiyyətə gəlməsinə etiraz edən etirazçılarla yerli polis arasında toqquşmalar davam edir.

Samir

0