Şoyqu: "Rusiyanın geosiyasi gələcəyi indi müəyyənləşdirilir"

DÜNYA
18:23 / 21.06.2023
489

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ali hərbi təhsil müəssisələrinin məzunları qarşısında çıxış edərkən bildirib ki, hazırda ölkənin geosiyasi gələcəyi həll olunur. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı o, məzunları “peşəkarlıq, maksimum fədakarlıq, məsuliyyətlilik” göstərməyə çağırıb.

“Yoldaş zabitlər, siz təliminizi ölkə üçün müstəsna məsuliyyətli bir zamanda, Vətənimizin taleyinin həll olunduğu, onun geosiyasi gələcəyinin müəyyən olunduğu bir vaxtda başa vurmusunuz”, deyə Şoyqu bildirib.

Müdafiə naziri Rusiyaya qarşı “əsl müharibə”yə başlayan “kollektiv Qərb”in hərəkətlərini xatırladıb. Şoyqu diqqətə çatdırıb ki, kadrların hazırlanması və yetişdirilməsi məzunlara həvalə olunub. O, xüsusi hərbi əməliyyat təcrübəsinin döyüş hazırlığına tətbiqinə çağırıb.

Samir

1