Latviya bütün helikopter parkını Ukraynaya verəcək - Baş nazir

DÜNYA
21:18 / 21.06.2023
405

Latviyanın baş naziri Kristianis Karinş bəyan edib ki, Vilnüs Rusiyanın apardığı müharibəyə qarşı çıxmaq üçün bütün helikopter parkını Ukraynaya verəcək.

HİT.az xəbər verir ki, o, bunu Londonda Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib.

"Bizim helikopter parkımız var, bütün bu helikopterləri - sonuncular indi istifadəyə yararlı və yaxşı görünmək üçün yenidən rənglənir - biz Ukraynaya göndəririk", deyə Karinş bildirib.

Rəsmi şəxsin sözlərinə görə, onun hökuməti Ukraynanı dəstəkləmək üçün ÜDM-in 1,3%-dən çoxunu, o cümlədən 1%-ni Silahlı Qüvvələrin cəbhədəki hərbi ehtiyaclarını dəstəkləmək üçün xərcləyib.

Latviya hökumətinin başçısı qeyd edib ki, hazırda ölkə Ukraynanı həm humanitar, həm də hərbi səviyyədə dəstəkləməyə davam edir, çünki Latviya bir millət olaraq ukraynalıların nə uğrunda mübarizə apardığını başa düşür.

"Onlar çox şeylər uğrunda mübarizə aparırlar, amma siz bunu üç dəyərə birləşdirə bilərsiniz: azadlıq, demokratiya və qanunun aliliyi. Biz hamımız hər zaman bu şeylərdən danışırıq. Biz hamımız azadlıq döyüşçüləriyik", deyə baş nazir əlavə edib.

Samir

0