İran Qətərdə 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpası üçün Tehran və altı ölkə arasında danışıqları əlaqələndirən Avropa İttifaqının nümayəndəsi Enrike Mora ilə danışıqlar aparıb.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İranın nüvə proqramı üzrə danışıqlar aparan aparıcı nümayəndəsi Əli Baqiri Kaniyə istinadən məlumat yayıb.
Bildirilir ki, sanksiyaların aradan qaldırılması müqabilində Tehranın mübahisəli nüvə proqramını cilovlamaq məqsədi daşıyan 2015-ci il sazişini canlandırmaq üçün İran və dünya gücləri arasında aparılan danışıqlar ötən ilin sentyabrında dalana dirənib.
"Mora ilə Dohada (Qətərin paytaxtı - red.) ciddi və konstruktiv görüş keçirdik. Biz fikir mübadiləsi apardıq və bir sıra məsələləri, o cümlədən sanksiyaların ləğvi ilə bağlı danışıqları müzakirə etdik", deyə Baqeri Kani bildirib.
Qeyd edək ki, 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp nüvə paktından çıxıb və İrana qarşı sanksiyaları təzələyib, İran isə cavab olaraq zənginləşdirilmiş uran ehtiyatlarını bərpa etməklə razılaşmanı pozub.
İran hakimiyyəti ölkənin ABŞ-la sanksiyaların yumşaldılması məqsədi ilə müvəqqəti nüvə sazişi ilə bağlı danışıqlar aparması ilə bağlı xəbərləri təkzib edib.
Samir