İsrail hökuməti İordan çayının qərb sahilindəki yəhudi Eli qəsəbəsində 1000-ə yaxın yaşayış binasının tikintisi planında irəliləyişi təsdiqləyib.
HİT.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisindən bildirilib.
"Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və maliyyə naziri Bezalel Smotriç dünənki hücumun baş verdiyi ərazinin yaxınlığında yerləşən Eli qəsəbəsində 1000 yaşayış binasının tikintisinin planlaşdırılmasını dərhal irəli sürmək barədə razılığa gəliblər", deyə məlumatda qeyd edilir.
İyunun 20-də İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, fələstinlilər İordan çayının qərb sahilindəki yəhudi Eli qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsini atəşə tutublar. Dörd israilli ölüb, dördü isə yaralanıb. Hücum edənlərdən biri yerindəcə zərərsizləşdirilib.
Fələstinli radikallar öz hərəkətlərini İsrailin 6 fələstinlinin ölümü və yüzə yaxınının yaralanması ilə nəticələnən İordan çayının qərb sahilindəki Cenin bölgəsinə son hücumuna cavab adlandırıblar.
Samir