“Volkswagen”in Rusiyadakı törəmə şirkəti adını dəyişdi

DÜNYA
21:53 / 21.06.2023
558

"Volkswagen"in Rusiyadakı keçmiş törəmə şirkəti adının "AGR Automotive Group"a dəyişdiyini elan edib.

HİT.az xəbər verir ki, qərar şirkətin tammiqyaslı rebrendinqinin bir hissəsi kimi qəbul edilib.

"Ad dəyişikliyi aktivlərin yeni sahibinə təhvil verildikdən sonra biznesin transformasiyası və yenidən başlamasında ilk addım idi" deyə şirkətin press-relizində deyilir .

Mətbuat xidmətinin məlumatına görə, rebrendinq korporativ şəxsiyyətə və vizual identifikasiyaya, həmçinin 400-dən çox müəssisənin diler şəbəkəsinə təsir göstərəcək.

"AGR Automotive Group" avtomobillərin və hissələrin satışı ilə məşğuldur. Şirkətin aktivlərinə Kaluqadakı mühərrik zavodu, Çexovdakı ehtiyat hissələri və aksesuarlar anbarı və maliyyə xidmətləri biznesi daxildir.

"Volkswagen" 24 fevral 2022-ci ildə Ukraynada hərbi əməliyyata başlayandan sonra Rusiyada istehsalı dayandırmaq qərarına gəlib. May ayında avtomobil istehsalçısı "Volkswagen Group Rus"dakı payını "Avilon" strukturuna - "Art-Finance" MMC-yə satdığını elan edib.

Samir

0