Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Ukrayna Avropa Birliyinə üzv olmaq üçün “30 illik qohumbazlıq və korrupsiyaya” son qoymalıdır.
HİT.az "Die Welt"ə istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri belə bir bəyanatla Londonda Ukraynanın bərpasına dair konfransın kuluarlarında çıxış edib.
Eyni zamanda, o qeyd edib ki, Ukraynada islahatlar indi “inanılmaz sürətlə” gedir.
Burbok əlavə edib ki, Ukrayna artıq islahatlarda, xüsusən də azad kütləvi informasiya vasitələri və qanunun aliliyi sahələrində irəliləyiş əldə edib. Almaniya bu irəliləyişi fəal şəkildə dəstəkləyir:
"Ancaq o da aydındır ki, 30 illik qohumbazlığa son qoymaq, gələcək üçün əlavə irəliləyişlərə ehtiyac var və korrupsiya da bitməlidir".
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzv olacağına şübhə yoxdur:
"Ona görə də özəl şirkətlərin ölkənin yenidən qurulmasına sərmayə qoyması daha məqsədəuyğun idi, çünki onlar son nəticədə Avropanın daxili bazarını gücləndirdi. Ukrayna Avropanın daxili bazarının, xüsusən də təmiz enerji ilə bağlı möhkəmlənməsində həlledici amilə çevrilə bilər".
Ukrayna Rusiyanın işğalının ilk günlərində Aİ-yə daxil olmaq üçün rəsmi ərizə təqdim edib. 2022-ci il fevralın 28-də prezident Volodimir Zelenski Ukraynanın xüsusi prosedur əsasında Aİ-yə daxil olması üçün ərizəni imzalayıb.
19 iyun 2023-cü il tarixinə Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün 7 şərtdən ikisini yerinə yetirib.
Samir