Yelena Zelenskaya təhlükəsizlik səbəbi ilə əri ilə yaşamır: "O, gecəni ofisində keçirir"

DÜNYA
11:00 / 22.06.2023
475

Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib ki, o, təhlükəsizlik səbəbindən həyat yoldaşı, Ukrayna prezidenti Volodimir Zelenski ilə yaşamır. 

HİT.az xəbər xəbər verir ki. onun sözlərinə görə, hər gün axşam Prezident Aparatından uşaqların yanına qayıdır.

Yelena Zelenskaya İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, hər gün işləmək üçün ofisə gedir, orada psixi sağlamlıq proqramları və məişət zorakılığı qurbanlarına yardım edir. Xanım Zelenskaya axşam uşaqlarının yanına evə qayıdır, əri Volodimir Zelenski isə gecəni ofisində keçirir.

“Əgər bəxtimiz gətirsə, nahar üçün ofisdə görüşəcəyik. Hazırda heç birimizin asudə vaxtı və ya əyləncəsi yoxdur", deyə xanım Zelenskaya bildirib.

Bu həftə Yelena Zelenska İsrailə dövlət səfəri edib. Səfərin məqsədi humanitar təşəbbüsləri müzakirə etmək olub. “The Times of Israel” yazıb ki, xanım Zelenskaya İsraildə reabilitasiyadan keçən yaralı ukraynalı əsgərlərə baş çəkəcək. Yaralı hərbçilər 2022-ci ilin sentyabrında müalicə üçün ölkəyə gəlməyə başlayıb, onlardan 11-i artıq vətənə qayıdıb.

Samir

0