ABŞ Stoltenberqin NATO-nun baş katibi olaraq qalmasını istəyir - Ben Uolles

DÜNYA
10:41 / 22.06.2023
465

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun baş katibi postunda Yens Stoltenberqi əvəz etmək fikrində olmadığını bildirib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ Stoltenberqin postunda qalmasını istəyir.

“Bu baş verməyəcək. ABŞ Stoltenberqin qalmasını istəyir”, deyə Ben Uolles Britaniyanın “The Economist” qəzetinə müsahibəsində bildirib. 
Nəşr qeyd edir ki, Uolles Stoltenberqin postunu tutmağa ümid edirdi.

Ben Uolles əlavə edib ki, ABŞ-ın fikrincə, baş nazir postunu şəxsin baş katibliyə namizəd olmasını istəyir. Qəzetin yazdığına görə, çox güman ki, Vaşinqton Niderlandın baş naziri Mark Ruttenin baş katib olmasını istərdi, lakin o, artıq iki dəfə bundan imtina edib.

“Stoltenberqin varisi həm Fransa prezidenti Emmanuel Makron, həm də ABŞ prezidenti Co Baydenə uyğun gəlməlidir”, deyə Ben Uolles bildirib.

Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. O, 2022-ci ilin oktyabrında getməli idi, lakin Alyans onun səlahiyyət müddətini 2023-cü ilin sentyabrına qədər uzadıb. "Bloomberg" iyun ayında bildirmişdi ki, NATO ölkələri Stoltenberqdən daha bir il vəzifədə qalmağı xahiş edirlər.

Samir

0