Bu nüvə gücləri arasında toqquşma ilə nəticələnə bilər - Zaxarova

DÜNYA
11:45 / 22.06.2023
485

"ABŞ və NATO-nun hərbi qarşıdurmada getdikcə daha dərindən iştiraka aparan aqressiv siyasəti nüvə gücləri arasında birbaşa toqquşma ilə nəticələnə bilər".

HİT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Ən böyük təhlükə ondan ibarətdir ki, Ukrayna münaqişəsində Rusiyaya strateji məğlubiyyət vermək kimi aqressiv siyasəti ilə ABŞ və NATO özlərinə qarşı təxribat törədirlər. Hərbi qarşıdurmanı getdikcə daha da dərinləşdirirlər. Aydındır ki, belə bir ehtiyatsız qiymətləndirilən siyasət nüvə gücləri arasında birbaşa silahlı toqquşmaya gətirib çıxara bilər. Düşünürəm ki, bununla əlaqədar yaranan strateji risklərin mahiyyətini və hadisələrin ən pis ssenari üzrə gələcək inkişafının potensial fəlakətli xarakterini bir daha izah etməyə ehtiyac yoxdur”, deyə Zaxarova bildirib. 

Zaxarova qeyd edib ki, Rusiya vəziyyətin ciddiliyini tam dərk edir və “sistemli şəkildə Qərb ölkələrinə siqnallar göndərir”:

"Lakin problem ondadır ki, Qərb sadəcə olaraq anti-Rusiya isteriyasına və ölkəmizə qarşı total hibrid müharibəyə aludə olub. O, bizim mövqeyimizi adekvat şəkildə dərk etmək istəyini nümayiş etdirmir. Vəziyyətin daha da pisləşməsinə görə bütün məsuliyyət Qərb paytaxtlarının, ABŞ-ın üzərinə düşür. Biz yalnız qəti şəkildə təkrarlaya bilərik ki, Rusiya öz təhlükəsizlik maraqlarını müdafiə etməkdə qərarlıdır".

Samir

0