Belarusda 1500-ə yaxın rus əsgəri var və orada lazımi hücum qrupunun yaradılması barədə məlumat yoxdur.
HİT.az xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko “Yedini Novıni” milli telemarafonunun efirində deyib.
“Xoşbəxtlikdən onların sayı hazırda azdır. Yəni, Rusiyanın Belarus ərazisində Ukraynaya bu istiqamətdən müdaxilə etmək üçün kifayət qədər qüvvəsi olması faktını qeydə almamışıq. Ötən ilin sonunda Rusiya hərbçilərinin sayı Belarus ərazisində təxminən 10-11 min nəfər idi. Hazırda biz bu rəqəmin 1500 olduğunu müəyyən etmişik", deyə Demçenko bildirib.
Onun sözlərinə görə, son vaxtlar onların sayı cüzi şəkildə, təxminən 500 nəfər artıb.
Samir