ABŞ hakimiyyətinin Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi vəzifəsinə namizədliyini əngəlləmək qərarı iki ölkə arasında münasibətlərə xələl gətirə bilər.
HİT.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, ABŞ prezidenti Co Bayden Londona “xeyirxahlıq edib”.
"Bu, Britaniya-Amerika münasibətləri üçün pisdir", deyə nəşrin Britaniya hökumətindəki adı açıqlanmayan həmsöhbətlərindən biri bildirib.
Qəzetin yazdığına görə, Bayden əvvəlcə Danimarkanın baş naziri Mette Frederiksenin namizədliyinə rəğbət bəsləyib. Lakin o, Vaşinqtona səfərindən sonra fikrini dəyişib, çünki onda "təəssüratlar yaranmayıb". Britaniya hökumətindəki mənbə həmçinin bildirib ki, Fransa və Almaniya da Uollesin NATO-ya rəhbərlik etməsinin qarşısını almağa çalışırlar.
İndi isə “The Telegraph” yazır ki, ABŞ 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edən Yens Stoltenberqi daha 12 ay qalmağa razı salmağa çalışır. O, 2022-ci ilin oktyabrında təqaüdə çıxmalı idi, lakin NATO liderləri onun mandatını 30 sentyabr 2023-cü ilə qədər uzatmaq qərarına gəliblər. "Bloomberg" iyun ayında bildirmişdi ki, NATO ölkələri Stoltenberqdən vəzifədə bir il qalmağı xahiş edirlər. Dünən Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Alyansın hazırkı baş katibini əvəz etmək fikrində olmadığını bildirib.
Samir