Bayden "diktator" adlandırdığı Çin lideri ilə görüşmək istəyir

DÜNYA
09:56 / 23.06.2023
358

ABŞ prezidenti Co Bayden “diktator” adlandırdığı Çin lideri Si Szinpinə ünvanladığı sözlərdən imtina etmir, lakin bunun iki ölkə arasındakı münasibətlərə təsir etməyəcəyinə əmindir və yaxın gələcəkdə onunla görüşməyi gözləyir. 

HİT.az AFP-yə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında bildirib.

Bayden ABŞ-ın Çinlə əlaqələrinin iflasa uğraması ilə bağlı fikirləri rədd edərək, dövlət katibi Entoni Blinkenin Pekinə səfərinin və Çin liderləri, xüsusən də Çin Xalq Respublikasının sədri ilə apardığı danışıqların nəticələrini yüksək qiymətləndirib.

“Dövlət katibi Blinkenin Çinə gözəl səfəri olub. Mən yaxın gələcəkdə sədr Si ilə görüşməyi səbirsizliklə gözləyirəm”, deyə Bayden bildirib.

O, Çinlə bağlı fikirlərini və faktları söyləməkdən qaçmayacağını da vurğulayıb:

"Bu, sadəcə olaraq çox dəyişəcəyim bir şey deyil".

Çinin Vaşinqtondakı səfirliyi Baydenin Si haqqında "aşağılayıcı" ifadələrinə görə Ağ Evə və Dövlət Departamentinə rəsmi etiraz edib.

“Çinin siyasi sistemi və onun lideri ilə bağlı son məsuliyyətsiz açıqlamalarla Amerika tərəfinin münasibətləri sabitləşdirməyə çalışmaqda səmimiliyinə şübhə etməyə bilmərik. Çin hökuməti və xalqı Çin liderinə qarşı heç bir siyasi təxribatı qəbul etmir və qətiyyətli cavab verəcək”, deyə səfirliyin bəyanatında bildirilir.

Samir

0