İsrail Ukraynaya silahla kömək etməyəcək - Netanyahu iki səbəb açıqladı

DÜNYA
10:33 / 23.06.2023
386

İsrail bilavasitə Rusiya və İranla bağlı iki səbəbdən silahlarını Ukraynaya ötürmək istəmir. 

HİT.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, Ukraynaya hərbi yardım məsələlərində İsrail ilkin olaraq "xüsusi vəziyyətdədir" və bu, Polşa, Almaniya, Fransa və Ukraynanın digər tərəfdaş ölkələrinin vəziyyətindən fərqlənir:

"Rusiya ilə yaxın hərbi "sərhədimiz" var. Pilotlarımız Suriya səmasında rus pilotları ilə bərabər uçurlar. Və İranın şimal sərhədimizdə hərbi mövqelər yaratmaq cəhdlərinə qarşı hərəkət azadlığımızı qorumağımızı vacib hesab edirəm".

Ukraynaya silahların verilməməsinin ikinci səbəbi, onların döyüş meydanında rusların əlinə keçməsi və daha sonra bu silahları İsrailin özünə qarşı istifadə etməyə çalışacaq İrana veriləcəyi qorxusudur.

"Bu nəzəri ehtimal deyil. İndi sərhədlərimizin yaxınlığında tapdığımız Qərbin tank əleyhinə silahları ilə də məhz belə olub. Ona görə də burada çox diqqətli olmalıyıq", deyə baş nazir bildirib.

Samir

0